Erməni siyasi fəal yenidən Bakıda - `Salam Aleykum Azerbajdzjan!`


19:45     06 Noyabr 2016 14937362_1098367193614989_2490949369260039254_n.jpg

Məşhur erməni hüquq müdafiəçisi Vahe Avetyan Bakıya növbəti dəfə səfər edib.


Femida.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı aeroportunda olan Avetyan Azərbaycanı öz dilimizdə salamlamağa çalışıb: “As Salam Aleykum Azerbajdzjan!”

İsveçdə yaşayan siyasi mühacir və Sarkisyan rejiminin tənqidçi olan V.Avetyan sonuncu dəfə Bakıya oktyabrda gəlmişdi, həmin ayın 11-də Frankfurta qayıtmışdı.

Ötən gəlişi haqda “Buna ürəyin, ruhun səfəri demək olar” açıqlamasını verən Avetyanın budəfəki gəlişinin səbəbi məlm deyil.

Qeyd edək ki, Vahe Avetyanın Xocalı qurbanlarının abidəsinə gül qoymaq arzusunun da olduğunu açıqlamışdı.





Femida.az

Açar sözlər:

Oxunub: 5582